Rektorun müraciəti

Əziz abituriyentlər!

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəsmi İnternet səhifəsinə xoş gəlmisiniz! Akademiyamızın əsas hədəfi elmi biliklərə, tədqiqat bacarığına yiyələnən, cəmiyyət-fərd münasibətlərinə həssaslıqla yanaşan, peşəkar kadr kimi həyata hazır olan gənc mütəxəssislər yetişdirməkdən ibarətdir. Müasir dünya ilə ayaqlaşmaq, dəyişkən tələblərə cavab vermək gənclərdən dünyagörüşlü, bilikli və bacarıqlı olmağı tələb etdiyi kimi, fərdi keyfiyyətlərini artırmağı və kollektiv ruhda çalışmağı da  vacib edir. Akademiyamız təkcə formal biliklər verməklə kifayətlənmir. [...]

Daha ətraflı
Təhsil pillələri

Akademiyada tədris ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur, bakalavriat və magistiratura üzrə qəbul həyata keçirilir.

Təqaüd proqramları

Akademiyanın əlaçı tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının adlı təqaüdləri ilə təltif olunurlar.

Kitabxana

Tələbələrin sərbəst fəaliyyətinin səmərəli təşkilini həyata keçirmək üçün akademiyada geniş oxucu kütləsinə malik kitabxana fəaliyyət göstərir.

Elmi təqdiqat

Akademiya elmi-tədqiqat işlərinin cari və perspektiv planlaşdırmasını sərbəst həyata keçirir, akademiyada iki elmi araşdırma mərkəzi fəaliyyət göstərir.

  • 4professor
  • 58müəllim
  • 2006məzun

Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyası

Son xəbərlər

Bütün xəbərlər

I Beynəlxaq Sosial Elmlər Konfransı

28-29 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Əmək və Sosial Elmlər Akademiyası Türkiyənin Manisa Celal Bayar Universiteti birlikdə “Sosial-iqtisadi və tarixi mədəni əlaqələrin strateji prioritetləri” mövzusunda I Beynəlxaq Sosial Elmlər Konfransı keçirəcək.Konfransın keçirilməsinin əsas məqsədi Türk Dünyası aydınlarını bir araya toplayaraq sosial elmlər sahəsində əldə etdikləri bilikləri paylaşmaq, geniş fikir mübadiləsi etmək, elmi-texniki tərəqqini [...]

Daha ətraflı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Mən öz gələcəyimi seçirəm” adlı seminar keçirildi.

29 iyun 2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 26 iyun “Narkotik vasitələrinin sui - istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar olaraq Akademiyada tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə “Mən öz gələcəyimi seçirəm” adlı seminar keçirildi.Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Billur Məmmədova  keçirilən semianarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlə [...]

Daha ətraflı

Azərbaycan Rektorlar Konfransının növbəti iclası keçirildi

24 iyun 2022-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çəçivəsində növbəti toplantı baş tutdu. Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr,o cümlədən Azərbaycan Əmək və Sosia [...]

Daha ətraflı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Məzun günü 2022

22.06.2022-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü təşkil edilmişdir. Tədbir Akademiyanın rektoru prof. Hüseyn Qaraşovun məzun və qonaqlara müraciəti ilə başlamışdır. Gələcəyimizin aydın gənclərə bağlı olduğunu bildirən rektor məzunlara gələcək həyatlarında uğur və müvəffəqiyyət arzu etmişdir.Daha sonra məzun valideyn və yaxınları söz almış, öz övladları, doğma Akademiya haqqında gözəl təəssüratlarını bölüşmüşlər. O cümlədən [...]

Daha ətraflı