AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

07.03.2017

      07.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­­yasında “Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasının müəllimi Niyar Umarovanın rəhbərliyi ilə “Əmək bazarının idarə edilməsində İKT-nin rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda Akademiyanın tələbələri Səbuhi Cəfərli “Əmək bazarında informasiya və idarəetmə sistemləri”, Səyyad Mirzəzadə “Dünyada və Azərbaycanda İKT-nin əmək bazarında rolu”, Nərmin Əsgərova Əmək bazarı və onun idarə edilməsində tətbiqi proqramların, texnoloji innovasiyaların və Veb saytların əhəmiyyəti”, Niyar Umarova “İnformasiya Cəmiyyətində əmək bazarı. Əmək bazarında İKT-dən istifadənin müsbət və mənfi tərəfləri” mövzuları ilə çıxış ediblər. Seminarda mövzu üzrə geniş müzakirələr aparılıb.

111seminar 4222333444