Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında” Əsasnaməyə əsasən həyata keçirilir və Akademiya öz elmi fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası elmi-tədqiqat işlərinin cari və perspektiv planlaşdırmasını sərbəst həyata keçirir. 2013-2017-ci illər üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında sahələr üzrə müəyyən olunmuş istiqamətlərdə 2013-2015-ci illərdə 18 mövzu üzrə 83 elmi-tədqiqat işi yerinə yetirilmişdir. Bu elmi-tədqiqat işlərinin elmi nəticələri ümumiləşdirilərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 2016-cı il üçün isə 4 mövzu üzrə 29 elmi-tədqiqat işinin yerinə yetirilməsi planlaşdırılıb.
2015-ci ilin nəticələri
“Ən yaxşı Elmi-tədqiqat işi I” – Sədaqət Məmmədova
Mövzu: Cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərun rolu.
“Ən yaxşı Elmi-tədqiqat işi II” – Azər İbrahimov
Mövzu: Azərbaycan Respublikasında sığorta şirkətlərinin müasir vəziyyəti və inkişaf istiqamətləri.
“Ən yaxşı Elmi-tədqiqat işi III” – Svetlana Quliyeva
Mövzu: İnformasiya Cəmiyyətində mikroelektron texnologiyasının tətbiqi.
Kafedralar arasında “Ən yaxşı Elmi-tədqiqat işi”
“Sosial tərəfdaşlıq, Həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrası
Mövzu: Azərbaycanda transformasiyanın determinantları.
İcraçılar: Z.M.Şabanov, K.F.Hacıyev, Ş.F.Şərifov, M.H.Abdullayeva, S.O.Məmmədova.