“Maliyyə və mühasibat uçotu” kafedrası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əsas tədris elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir. Kafedrada fənlərin tədrisi ilə 12 müəllim məşğul olur. Onlardan 1 nəfər elmlər doktoru, professor, 2 nəfər fəlsəfə doktoru, dosent, 4 nəfər fəlsəfə doktorudur. 2013-2017-ci illərdə kafedranın əməkdaşları tərəfindən 1 dərslik, 3 dərs vəsaiti, 1 monoqrafiya, 25 metodik vəsait və fənn proqramı, 39 məqalə (2 məqalə xaricdə), 11 tezis (2 tezis xaricdə) çap etdirilmişdir.
“Maliyyə və mühasibat uçotu” kafedrasına iqtisad üzrə fəlsəfə doktoru, dosent Gülnarə Hacıyeva rəhbərlik edir.